Fransanın Tiye şəhərində keçirilən 34-cü beynəlxalq qran-pri yarışında ölkəmizi uğurla təmsil etmiş bədii gimnastlarımız aprelin 10-da vətənə dönüblər. Matc.az xəbər verir ki, yığmamızın üzvlərini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında məşqçilər, gimnastlar, idmançılarımızın ailə üzvləri, yaxınları, azarkeşlər və media nümayəndələri qarşılayıblar.
 
Xatırladaq ki, millimizin üzvlərindən Zöhrə Ağamirova qran-pridə 1 qızıl, 3 gümüş medala sahib çıxıb. Böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığmanın digər üzvləri isə 3 lent və 2 topla gümüş, 5 halqa ilə hərəkətlərin icrasında bürünc mükafata yiyələniblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest