Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri - Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiridən ibarət qadın qrupumuz Belçikanın Purs şəhərində (Antverpen) keçirilən "Flanders Acro Cup" beynəlxalq turnirində qarışıq hərəkətlər proqramında qızıl medal qazanıblar.
 
Matc.az xəbər verir ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük isə eyni şəhərdə keçirilən dünya kubokunda qarışıq hərəkətlər proqramında gümüş medala layiq görülüblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest