17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib.

Matc.az xəbər verir ki, millimiz Bosniya və Herseqovinada keçirilən oyunda Qazaxıstan yığması ilə qarşılaşıb.

Belçikadan olan hakimin idarə etdiyi matçda Azərbaycan yığması 2:0 hesablı qələbəyə sevinib.

Yığmamızın yer aldığı qrupun digər oyununda Bosniya və Herseqovina yığması Monteneqro ilə üz-üzə gəlib və 4:2 hesablı qələbəyə sevinib.

Aç-2023-ün seçmə mərhələsi
B2 qrupu
22 mart

Azərbaycan - Qazaxıstan 2:0
Qol: Ayşən Salamzadə, 17-pen. Aydan Həsənova, 80.
Baş hakim: Viki De Kremer (Belçika).
Baş hakimin köməkçiləri: Marqot Yakobs (Belçika), Merima Tanoviç (Bosniya və Herseqovina).
Dördüncü hakim: Almasa Hodziç (Bosniya və Herseqovina).
Saat 17:00. "Novi Qradski" stadionu (Uqlyevik).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest