"Turan Tovuz" heyətinə daha bir legioner futbolçu cəlb etməyə hazırlaşır. Matc.az saytının əldə etdiyi məlumata görə, Panama yığmasının futbolçusu Roderik Millerlə anlaşan Tovuz təmsilçisi Qanadan olan yarımmüdafiəçi Divayn Naa ilə yaxından maraqlanır.
 
Tərəflər bütün məsələlərdə razılığa gələ bilsələr, 26 yaşlı futbolçunu tezliklə Premyer Liqamızda görə bilərik.
 
Divayn Naa sonuncu dəfə Litvanın "Kauno Jalgiris" klubunun formasını geyinib. O, bu ilin əvvəlində həmin komandadan ayrılandan bəri azad agent statusu daşıyır. 
 
Vaxtilə "Mançester Siti"də də olmuş Naa, karyerası ərzində "Stromsqodset", "NAK Breda", "Nordsyeland", "örebro", "Tubize", "Hapoel" (Ra Anana), "Mosta" kimi klubların formasını geyinib. 
 
Mərkəz yarımmüdafiəçisi "Kauno Jalgiris"də 57 oyuna 8 qol vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest