Xviça Kvaratsxeliya 16 ildən sonra "Top-5" liqalarda debüt mövsümündə 10+10 xal toplayan ilk futbolçu olub. Matc.az saytı xəbər verir ki, "Napoli"nin hücumçusu cari mövsüm İtaliya A seriyasında 12 qol vurub, 10 məhsuldar ötürmə verib.
 
Avropanın "böyük beşlik" ölkələrində debüt mövsümündə bənzər statistika nümayiş etdirməyi bacaran sonuncu futbolçu Dieqo olub. Braziliyalı yarımmüdafiəçi 2006-07 mövsümündə "Verder"in heyətində Bundesliqada 13 qol vurub, 13 assist edib.
 
Qeyd edək ki, "Napoli"nin bu gün A seriyasının 27-ci turunda "Torino"nu 4:0 hesabı ilə məğlub etdiyi matçda Xviça Kvaratsxeliya 1 qol, 1 assistlə yadda qalıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest