“Qarabağ”la “Qalatasaray” arasında keçiriləcək xeyriyyə oyununun hakimi müəyyənləşib. Matc.az saytının məlumatına görə, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı Əliyar Ağayev idarə edəcək.
Düzdü, Ağayevin AVRO-2024-ün seçmə qrup mərhələsinə də təyinat alacağı, martın 24-də baş tutacaq matçlardan birini idarə edəcəyi gözlənilir. Ertəsi gün Bakıya qayıdacaq FIFA referisi dərhal “Qarabağ” - “Qalatasaray” qarşılaşmasına hazırlaşacaq.
Qeyd edək ki, Azərbaycan və Türkiyə çempionatının liderlərinin dueli saat 20:00-da başlayacaq. Qarşılaşmanın bilet satışından əldə ediləcək gəlir Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.