Serbiyanın Vrnyaçka Banya şəhərində kişilər arasında şəxsi Avropa çempionatı keçirilib. Matc.az xəbər verir ki, şahmatçılarımızdan Nicat Abasov 11 oyundan 7.5 xal toplamaqla 17-ci yeri tutub.
 
Bu nəticə ilə Abasov dünya kubokuna vəsiqə əldə edib.
 
Digər təmsilçimiz Əhməd Xaqan isə reytinqini artıraraq FİDE ustası titulunun normativini yerinə yetirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest