"Gent"n baş məşqçisi Heyn Vanhazebruk Konfrans Liqasının 1/8 final mərhələsində "Başakşəhər"lə keçiriləcək oyunla bağlı düşüncələrini bölüşüb. Matc.az saytının məlumatına görə, təcrübəli mütəxəssis pley-off mərhələsində üstələdikləri "Qarabağ"ı hələ də unutmadığını bildirib.
 
O, Azərbaycan çempionunun Avropa Liqasında mübarizəni davam etdirməyə layiq olduğunu söyləyib:
 
"Başakşəhər" bu mövsüm qarşılaşdığımız ən yaxşı komanda ola bilər. Amma "Qarabağ"ı da qiymətləndirməmək olmaz. çempionlar Liqasının təsnifat mərhələlərində üç çempionu sıradan çıxaran komandadı. Əslində, "Qarabağ" da Avropa Liqasında qrupu ikinci yerdə bitirməyə layiq idi. Ancaq daha sonra "Frayburq"a üstünlüyü verdilər. Bu cür komandanı mübarizədən kənarlaşdırırsansa, fəxr etməlisən".
 
Vanhazebruk hədəflərinin 1/4 finala adlamaq olduğunu vurğulayıb: "Bunun üçün əlimizdə imkan var. Biz daha çətin komandaları məğlub etmişik. "Başakşəhər" önündə şanslar yarı-yarıyadı. Bəlkə onların şansı bir az çoxdu. Amma unutmayaq ki, "Qarabağ" kimi komandanı mübarizədən kənarlaşdırmışıq".
 
Qeyd edək ki, bu gün keçiriləcək "Gent" – "Başakşəhər" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest