"Krılya Sovetov"un hücumçusu Ramil Şeydayev Azərbaycan millisinə çağırılıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı Samara klubu rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, baş məşqçi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya ilə və yoldaşlıq görüşündə Litva ilə keçiriləcək matçda Şeydayevin xidmətindən yararlana biləcək. Premyer Liqanın qış fasiləsindən sonra keçirilən ilk iki görüşündə də fərqlənən gənc forvard martın 21-də və 25-dəki qarşılaşmalarda baş məşqçinin ixtiyarında olacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Almaniya mətbuatı da "Proyssen"in forvardı Rüfət Dadaşovun Azərbaycan yığmasına çağırıldığını yazmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest