I Divizionun 16-cı turu çərçivəsində fevralın 8-də "Türk Hava Yolları Futbol Mərkəzi"ndə keçirilmiş "Neftçi-2" – "Mingəçevir" matçının 71-ci dəqiqəsində dili qatlanmış meydan sahiblərinin futbolçusu Həbib İsmayılov klubun sağlamlıq sponsoru olan "Liv Bona Dea Hospital"da müayinədən keçib.
 
Matc.az xəbər verir ki, bununla bağlı "Neftçi-2"nin həkimi Famil Şıxəliyev klubun rəsmi saytına açıqlamasında bunları bildirib: 
 
"Futbolçumuz Həbib İsmayılovun çənə sümüyünün KT-si nəticəsində zərbədən sonra əmələ gəlmiş sümük kontuziyasi mövcuddur, boyun nahiyəsinin KT-sində heç bir zədə əlaməti müəyyən olunmayıb. Onun heç bir həyatı təhlükəsi olmadığı müəyyən edilib. Həbib 24 saat "Liv Bona Dea Hospital"da həkim nəzarətində qaldıqdan sonra bu gün evə buraxılacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest