"Sabah" və Gürcüstanın "Samtrediya" klubları arasında yarımmüdafiəçi Abdulla Xaybulayevin keçidi ilə bağlı razılıq əldə olunub. Matc.az xəbər verir ki, bu barədə "Sabah"ın rəsmi saytı məlumat yayıb.
 
Müqaviləyə əsasən, 21 yaşlı futbolçu Gürcüstan təmsilçisində icarə əsasında çıxış edəcək. İcarə müqaviləsinin müddəti bu ilin dekabr ayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest