"Qarabağ" "Dijon"un yarımmüdafiəçisi Yassin Benzia ilə maraqlanır. Matc.az xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb.
 
Əlcəzair millisinin oyunçusu Azərbaycan çempionuna keçməyə çox yaxındı. Mövsümün əvvəlində "Hatayspor"dan icarədən qayıdan 29 yaşlı orta sahə oyunçusu əsas heyətə düşə bilmədiyindən, qış transfer dönəminin sonuna qədər komandasını dəyişmək niyyətindədi.
 
Hazırda bu keçidə ən yaxın komanda "Qarabağ" hesab olunur. Ağdamlılar ona 2,5 illik müqavilə təklif edib.
 
Qeyd edək ki, "Lion"un yetirməsi olan Yassin Benzia karyerası ərzində "Lill", "Fənərbaxça" və "Olimpiakos" kimi klublarda da çıxış edib.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest