PSJ Fransa Kubokunun 1/16 final mərhələsi çərçivəsində ölkənin 6-cı divizionunda çıxış edən “Pei de Kassel” komandası ilə qarşılaşıb. Matc.az xəbər verir ki, Paris təmsilçisi 7:0 hesablı qələbə sayəsində növbəti mərhələyə adlayıb.
 
Bu oyun parislilərin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub. O, “Pei de Kassel”lə qarşılaşmada 5 qol vurub. 29, 34, 40, 56 və 79-cu dəqiqələrdə fərqlənən fransalı futbolçu PSJ-də pentatrikə imza atan ilk oyunçu kimi tarixə düşüb. Neymar (33) və Karlos Soler (64) isə hərəyə bir dəfə fərqləniblər.
 
Xatırladaq ki, PSJ Fransa kubokunun 1/8 finalında Marsel “Olimpik”i ilə qarşılaşacaq.
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest