"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq şahmat turnirinin püşkü atılıb. Matc.az xəbər verir ki, ilk turda üz-üzə gələcək qrossmeysterlər bəlli olub.
 
"Vüqar Həşimov Memorialı-2022"
1-ci tur
 
Abdulla Qədimbəyli - Rauf Məmmədov
Van Hao (çin) - Şəhriyar Məmmədyarov
Semuel Şenklend (ABŞ) - Aydın Süleymanlı
Nodirbek Abdusattorov (özbəkistan) - Valeho Pons (İspaniya)
Riçard Rapport (Rumıniya) - Qukeş Dommaracu (Hindistan)
 
"Vüqar Həşimov Memorialı-2022"də 7 ölkə - Azərbaycan, ABŞ, çin, Hindistan, özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.
 
Memorial rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə dekabrın 24-dək "Fairmont Baku" hotelində baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest