Azərbaycan Basketbol Liqasında VIII tura start verilib. Matc.az xəbər verir ki, turun açılış oyununda NTD və "Sərhədçi" komandaları üz-üzə gəliblər.
 
Son topa qədər davam edən gərgin oyunda "Sərhədçi" 93:92 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular NTD-dən Londell Kinq (35 xal, 13 ribaund), "Sərhədçi"dən isə Maykl Diqqins (27 xal, 11 ribaund) olub.
 
Günün ikinci matçında "Neftçi İK" "AAAF Xırdalan"la qarşılaşıb. Oyuna sürətli başlayan xırdalanlılar sonda rəqibinə 83:68 hesabı ilə qalib gəlib. Ən məhsuldar basketbolçular "Neftçi"dən Denis Cons (20 xal, 4 ribaund ), "AAAF Xırdalan"dan isə Devin Pullum (24 xal, 9 asist) olub.
 
Turun "Zirvə Astara" - "Sabah" və "Olimpik Şəki" - "Gəncə" görüşləri 3-4 dekabrda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest