Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu çağırış Kubokunda növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, komandamız 1/32 final mərhələsinin cavab oyununda Slovakiya təmsilçisi "Slaviya" ilə üz-üzə gəlib.
 
Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma "dəmiryolçular"ın inamlı qələbəsi ilə başa çatıb - 3:0 (26:24, 25:14, 25:21).
 
İlk qarşılaşmada da bu rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi iki görüşün nəticəsinə əsasən 1/16 finala yüksəlib.
 
"Azərreyl" növbəti mərhələdə Almaniyanın "VFB 91 Zul" komandası ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest