Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində təşkil olunan "Tata Steel İndia" rapid turnirində növbəti görüşlərini keçirib. Matc.az xəbər verir ki, 37 yaşlı qrossmeyster ikinci yarış günündə ABŞ-ı təmsil edən Hikaru Nakamura ilə, iranlı Parham Maqsudlu və hindistanlı Arcun Eriqaisi ilə üz-üzə gəlib.
 
4-cü turda Nakamuraya, 6-cı turda isə Eriqaisiyə uduzan Məmmədyarov 5-ci turda Maqsudlu ilə dueldən sülhlə ayrılıb.
 
Əvvəlki üç görüşündə qələbə qazanan şahmatçımız hazırda 3.5 xalla 2-3-cü yerləri bölüşdürür.
 
Qalibin 10 min ABŞ dolları qazanacağı turnirə dekabrın 1-də yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest