UEFA Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə bəlli olub. Matc.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, yarışa Niderland ev sahibliyi edəcək.
 
Turnirin yarımfinal oyunları 2023-cü il 14-15 iyunda, final və üçüncü yer uğrunda matç iyunun 18-də gerçəkləşəcək.
 
Püşkatma mərasimi yanvarda baş tutacaq. "Dördlər finalı"nda A Liqasında qrup qalibləri - Niderland, Xorvatiya, İtaliya və İspaniya yığmaları mübarizə aparacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest