Kamerun millisinin hücumçusu Vensan Abubakar dünya çempionatında tarixi rekorda imza atıb. Matc.az xəbər verir ki, o, buna DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Serbiyaya qarşı keçirdikləri oyunda nail olub.
 
O, 3:3 hesabıyla bitən matçda həm qol vurub, həm də qol ötürməsi verib. Hücumçu mundial tarixində ehtiyat oyunçular skamyasından meydana daxil olduqdan sonra bunu bacaran ilk afrikalı futbolçuya çevrilib.
 
Xatırladaq ki, 55-ci dəqiqədə meydana çıxan Abubakar 63-cü dəqiqədə komandasının 2-cu qolunu vurub, 66-cı dəqiqədə isə bərabərlik qolunun ötürməsini verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest