2022/23 mövsümündə ölkəmizi çağırış Kubokunda təmsil edəcək qadın voleybolçulardan ibarət "Azərreyl" bu turnirin 1/32 final mərhələsində Slovakiyanın "Slaviya" komandası ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, hər iki oyun Bakıda keçiriləcək.
 
Noyabrın 29-dakı qarşılaşmada "Azərreyl", ertəsi gün isə rəqib meydan sahibi sayılacaq. 
 
Hər iki matç Dərnəgül Voleybol Mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq. Giriş sərbəstdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest