Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub. Matc.az xəbər verir ki, günün yeganə matçında "Olimpik Şəki" və "Sabah" komandaları üz-üzə gəlib.
 
Qarşılaşma "Sabah"ın 105:83 hesablı qələbəsi ilə bitib.
 
Xatırladaq ki, turun əvvəlki oyunlarında "AAAF Xırdalan" "Zirvə Astara"nı 98:94, "Gəncə" "Sərhədçi"ni 90:76, NTD "Neftçi"ni 88:75 hesabıyla məğlub edib.
 
Növbəti turun oyunları 30 noyabr və 3, 4 dekabrda təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest