Azərbaycan gimnastları Maqsud Mahsudov və Hüseyn Abbasov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən batut gimnastikası üzrə dünya yaş qrupları yarışlarında qızıl medal qazanıblar.
 
Matc.az xəbər verir ki, sinxron batut proqramında 15-16 yaş kateqoriyasında mübarizə aparan idmançılar finalda bütün rəqiblərini qabaqlayıblar.
 
Yarışa noyabrın 26-da yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest