Azərbaycanın "Murov" voleybol klubunun çağırış Kubokunun 1/8 final mərhələsində oyunlarının tarixi müəyyənləşib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu bu mərhələdə Niderlandın "Orion" klubu ilə qarşılaşacaq.
 
İlk oyun dekabrın 1-də səfərdə, cavab qarşılaşması isə dekabrın 15-də Bakıda baş tutacaq.
 
Xatırladaq ki, təmsilçimiz bunadək "Varazdin" (Xorvatiya) və "Qrats"ı (Avstriya) mübarizədən kənarlaşdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest