Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində növbəti görüşünü keçirib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində növbəti görüşünü keçirib. Matc.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun V turunda ABŞ-ı təmsil edən Uesli So ilə üz-üzə gəlib.
 
Məmmədyarov rəqibinə 0:3 hesabı ilə uduzub. Təcrübəli şahmatçı növbəti turda niderlandlı Aniş Giri ilə görüşəcək. O, hazırda 3 xalla sonuncu - səkkisizinci sırada qərarlaşıb.
 
Mükafat fondu 210 000 ABŞ dolları olan turnirə noyabrın 20-də yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest