Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2859) başçılıq edir. Çinli Liren Dinq (2811) ikinci, rusiyalı Yan Nepomnyaşi (2793) üçüncü yerdədir.

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb. Matc.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.
 
Teymur Rəcəbov 2747 xalla 5 pillə irəliləyərək, 11-ci sıraya yüksəlib. 2746 xalı olan Şəhriyar Məmmədyarov isə bir mövqe itirərək 14-cü yerdə qərarlaşıb.
 
Qədir Hüseynov (2661) 2 pillə irəliləyərək 86-cı yerə enib. 2646 xala malik Rauf Məmmədov 100-cü, Nicat Abbasov 102-cüdür.
 
Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2859) başçılıq edir. çinli Liren Dinq (2811) ikinci, rusiyalı Yan Nepomnyaşi (2793) üçüncü yerdədir.
 
Qadın şahmatçılardan Günay Məmmədzadə (2472) 20-ci, ülviyyə Fətəliyeva (2428) 37-cidir. İtaliyanın Sardiniya adasında gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva 2387 xalla 98-ci pillədən 62-ci sıraya yüksəlib. Əvəzində Xanım Balacayeva (2379) 73-cü, Gülnar Məmmədova isə (2376) 78-ci yerə geriləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest