Tanınmış jurnalist Şakir Yaqubov vəfat edib. Matc.az xəbər verir ki, bu barədə Şakir Yaqubovun yaxınları məlumat verib.
 
Şakir Yaqubov 1951-ci il fevralın 25-də Astaranın Bala Şahağac kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsini, Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirib.
 
O, 71 yaşında dünyasını dəyişib.
 
Allah rəhmət eləsin!
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest