Futbol üzrə Rusiya kubokunda qrup mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi "Ximki" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Moskva "Lokomotiv"i ilə qarşılaşıb. Azərbaycanlı futbolçuların komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:5.
 
Ayazın adı bu matçın iştirak ərizəsinə salınsa da, sonadək ehtiyatda qalıb. İlya isə start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
 
Cəmi 1 xalı olan "Ximki" 4 komandalı qrupda sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest