UEFA Millətlər Liqasının qrup oyunlarından sonra 2024-ci ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində səbətlərin tərkibi dəqiqləşib.

UEFA Millətlər Liqasının qrup oyunlarından sonra 2024-ci ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində səbətlərin tərkibi dəqiqləşib.

Matc.az xəbər verir ki, Azərbaycan millisi püşkatmaya 4-cü səbətdən qatılacaq.

Millətlər Liqası səbəti: Niderland, Xorvatiya, İspaniya, İtaliya

1-ci səbət: Portuqaliya, Macarıstan, Belçika, Danimarka, Polşa, İsveçrə;

2-ci səbət: çexiya, Fransa, İngiltərə, Avstriya, Uels, Bosniya və Herseqovina, İsrail, Şotlandiya, Serbiya, Finlandiya;

3-cü səbət: Ukrayna, Sloveniya, İrlandiya, Rumıniya, İsveç, Ermənistan, Monteneqro, İslandiya, Albaniya, Norveç;

4-cü səbət: Gürcüstan, Türkiyə, Qazaxıstan, Yunanıstan, Lüksemburq, Farer adaları, Azərbaycan, Şimali Makedoniya, Kosovo, Bolqarıstan;

5-ci səbət: Kipr, Slovakiya, Şimali İrlandiya, Belarus, Estoniya, Cəbəllütariq, Latviya, Litva, Malta, Moldova;

6-cı səbət: Andorra, Lixtenşteyn, San Marino.

Oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində keçiriləcək püşkatma mərasiminə Bakı vaxtı ilə saat 14:00-da start veriləcək. İştirakçı ölkələr hərəsində 5 komanda olan 7 və hərəsində 6 kollektiv olan 3 qrupa bölünəcək. 10 qrup qalibi və eyni sayda qrup ikincisi final mərhələsinə yüksələcək. Qalan 3 vəsiqənin sahibi isə 2024-cü ilin martında baş tutacaq pley-off oyunlarından sonra müəyyənləşəcək. Almaniya Aç-2024-ə ev sahibliyi edəcəyi üçün, Rusiya isə Ukraynaya hərbi müdaxilə səbəbindən püşkatmada iştirak etməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest