İspaniyanın "Betis" komandasının baş məşqçisi Manuel Pelleqrini 385 min avro cərimələnib. Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, 69 yaşlı mütəxəssis İspaniyada qəsdən vergidən yayındığına görə belə cəzaya məruz qalıb.
 
Pelleqrini 2020-ci ilin avqustundan "Betis" komandasını çalışdırır. Bu mövsüm onun rəhbərliyi altında 6 oyunda 15 xal toplayan komanda, La Liqada yalnız "Barselona" (16) və "Real"dan (18) geri qalaraq, üçüncü yeri tutur. İspaniya çempionatının növbəti turunda "Betis" səfərdə "Selta" ilə qarşılaşacaq. 
 
Pelleqrini daha öncə "Vest Hem", "Mançester Siti", "Malaqa", "Real" kimi komandaların baş məşqçisi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest