Bu gün futzal üzrə Yüksək Liqada yeni – 2022/23 mövsümünə start verilib. Matc.az xəbər verir ki, mövsümün və turun ilk oyunundan əvvəl dövlət himni səsləndirilib.

Sabah – 27 sentyabr Anım günü ilə əlaqədar "Şəhidlər olməz, Vətən bölünməz!" plakatını əllərində tutan oyunçular Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqlik sükutla yad ediblər. Mövsümün ilk oyunu olan "Baku Fire" – "Neftçi" İK qarşılaşmasında heç-heçə qeydə alınıb. Bütün cəhdlərə baxmayaraq, qapılara yol tapmaq mümkün olmayıb və futzalda nadir hallarda rast gəlinən hesab qeydə alınıb.

Turun ikinci oyunu ilk matçdan fərqli olaraq məhsuldar alınıb. Son çempion "Araz-Naxçıvan" Lənkəran "Alyans"ı ilə görüşdə 14 cavabsız qola sevinib. Əsasən legionerlərdən qurulmuş "Record" da 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması ilə oyundan 14:0 hesablı qələbə ilə ayrılıb.

Yüksək Liqa
1-ci tur
26 sentyabr

Baku Fire – Neftçi İK 0:0
Hakimlər: Knyaz Əmiraslanov, Hikmət Qafarlı, Xəlil Xəlilov
Hakim-inspektor: Azər Əsgərov.
26 sentyabr. Bakı İdman Sarayı. Saat 14:15.

Araz-Naxçıvan – Alyans (Lənkəran) 14:0
Qol: Vitinyo, 1:09; 15:36; 31:17; 31:29. Felipinyo, 17:00; 10:07. David Qustavo, 3:23; 29:50. Oktay Rüstəmli, 6:35; 34:15. Viktor Ponce, 16:09. Fərid Ələkbərov, 21:47. Xəzər Ağalızadə, 28:40. Armin Farroxi, 20:12-öz qapısına.
Hakimlər: Ziya Nəsirov, Ceyhun Hüseynov, Hacıəli Ağayev.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 16:15.

U-19 – Record 0:14
Qol: Mehdi Pourfaxar, 0:26; 5:47; 8:44; 12:37; 36:31; 37:09. Mojtaba Vali, 7:49; 11:08. Fərid Abbasov, 9:16-öz qapısına. Seyidreza Hosseini Hotkani, 20:35; 22:43. Mahyar Pourniyazi, 29:55; 38:54; 39:56.
Hakimlər: Əli Cəbrayılov, Rza Məmmədov, Mahir Məmmədov
Hakim-inspektor: Murad Məmmədov
Bakı İdman Sarayı. Saat 18:15.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest