Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 5-ci tura start verilib. Matc.az xəbər verir ki, A, C və D Liqaları çərçivəsində ümumilikdə 10 oyun keçirilib.

A Liqasında Niderland yığması bu tur final mərhələsinə vəsiqəni təmin edib. "Narıncılar" buna Varşavada Polşaya qalib gəlməklə nail olublar. Qrupun digər matçında Belçika Uelsi məğlub yola salıb.

1-ci qrupda Fransa millisi evdə Avstriyanı 2 cavabsız qolla yenib. Danimarka yığması isə Xorvatiyada məğlubiyyətə üzülüb.

Gecənin maraqla gözlənilən matçlarından biri C Liqasında olub. Türkiyə yığması Lüksemburqu qəbul edib. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. "Ay-ulduzlular" sona bir tur qalmış B Liqasına vəsiqəni təmin ediblər.

Azərbaycan millisinin yer aldığı 3-cü qrupda Qazaxıstan yığması da Belarusa qalib gəlməklə B Liqasına yüksəlib. Yığmamız isə səfərdə Slovakiyanı məğlub etməklə qrupda ikinci pilləyə yüksəlib.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 5-ci tur
22 sentyabr

A Liqası, 1-ci qrup

Fransa – Avstriya 2:0
Qol: Mbappe, 56. Jiru, 65.

Xorvatiya – Danimarka 2:1
Qol: Sosa, 49. Mayer, 79 – Eriksen, 77.

Xal: Xorvatiya – 10. Danimarka – 9. Fransa – 5. Avstriya – 4.

A Liqası, 4-cü qrup

Polşa – Niderland 0:2
Qol: Qakpo, 13. Berqveyn, 60.

Belçika – Uels 2:1
Qol: De Bruyne, 10. Batşuayi, 37 – Mur, 50.

Xal: Niderland – 13. Belçika – 10. Polşa – 4. Uels – 1.

C Lqası, 1-ci qrup

Türkiyə – Lüksemburq 3:3
Qol: C.ünder, 16-pen. Şanot, 39-öz qapısına. İ.Yüksək, 87 – Martins, 8. Sinani, 37. Rodriqes, 69.

Litva - Farer adaları 1:1
Qol: Slivka, 44 – Andreasen, 22.

Xal: Türkiyə – 13. Lüksemburq – 8. Farer adaları – 5. Litva – 1.

C Lqası, 3-cü qrup

Qazaxıstan – Belarus 2:1
Qol: Qabışev, 29. Zaynutdinov, 79 – Savitski, 45+3.

Slovakiya – Azərbaycan 1:2
Qol: E.Yirka, 90+3-pen – R.Dadaşov, 44. H.Haqverdi, 90+5.

Xal: Qazaxıstan – 13. Azərbaycan – 7. Slovakiya – 6. Belarus – 2.

D Liqası, 1-ci qrup

Latviya – Moldova 1:2
Qol: İkaunikes, 55 – Revenko, 26. Nikolaesku, 45.

Lixtenşteyn – Andorra 0:2
Qol: Rosas, 4. çervos, 80.

Xal: Latviya – 12. Moldova – 10. Andorra – 7. Lixtenşteyn – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest