“Cəbhədə həyatını itirənlərə başsağlığı verirəm”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Kadi Borqes deyib.
 
Braziliyalı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin “Nant”la ev oyunu öncəsi mətbuat konfransında iştirak edib. 26 yaşlı futbolçu sabah baş tutacaq görüş haqda fikirlərini açıqlayıb: “Ölkə üçün çətin dönəm olduğunu bilirəm. Şəhidlərin ailə üzvlərini qucaqlamaq və bağrıma basmaq istərdim. Bizi rəqabətli matç gözləyir. Rəqib haqqında məlumat almışıq. Ümid edirəm ki, azarkeşlər üçün yaxşı tamaşa olacaq. Bu görüşdə qalib gəlmək istəyirik”.
 
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nant” qarşılaşması saat 20:45-də başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest