UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Viktoriya” (Plzen, Çexiya) matçına bilet satışı davam edir. Matc.az xəbər verir ki, artıq biletlərin böyük əksəriyyəti satılıb.

Hazırda satışa çıxarılan biletlərdən cəmi 224-ü qalıb. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Qeyd edək ki, biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir.
 
Biletlər Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, Iticket.az-ın satış məntəqələrində (iticket.az-da onlayn satış), “Park Bulvar”dakı “Qarabağ”ın fan-şopunda, eləcə də “28 mall” və “Gənclik mall” ticarət mərkəzlərində satılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest