"Zirə" heyətinə iki yeni futbolçu cəlb edib.
 
Matc.az xəbər verir ki, sözügedən klub Andriya Lukoviç və Toni Korreya Qomeslə 2 illik müqavilə imzalayıb.
 
27 yaşlı Lukoviçin son klubu Portuqaliya “Belenenseş”i olub. 2014-2016-cı illərdə PSV-də olsa da, bu komandada debüt edə bilməyən serbiyalı yarımmüdafiəçi ölkəsinin "Rad", "Bask", "Srvena Zvezda", "Vojdovaç", Polşanın "Rakuv", Portuqaliyanın "Famalikan" klublarında çıxış edib.
 
İngiltərənin “Liverpul” klubunun yetirməsi olan 23 yaşlı Qomesin son klubu isə Türkiyə “Menemenspor”u olub. Portuqaliyalı hücumçu daha əvvəl ölkəsinin “Arouka”, Misirin “Haras El-Hadud”, “Tala El-Qaiş”, İngiltərənin “Forest Qrin Rovers” klublarında çıxış edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest