UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" – "Viktoriya" (Çexiya) oyununda çexiyalı azarkeşlər olmayacaq. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, "Qarabağ" – "Viktoriya" oyununda qonaq komandanın azarkeşləri tribunada yer almayacaq. Əldə olunmuş razılığa əsasən, 2500 ədəd qonaq sektor biletləri "Qarabağ" azarkeşləri üçün satışa çıxarılacaq. Həmin biletləri iticket.az və kassalardan almaq mümkündür.
 
Sabah Tofiq Bəhramov adına Respublik stadionunda keçiriləcək “Qarabağ” – “Viktoriya” matçına saat 20:45-də start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması ayın 23-də Plzendə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest