Qarşılaşma Azərbaycan komandasının 0:3 (17:25, 20:25, 11:25) hesablı məğlubiyyəti ilə bitib.

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında yarımfinal oyununa çıxıb. Matc.az xəbər verir ki, yığmamız İran seçməsi ilə üz-üzə gəlib.
 
Qarşılaşma Azərbaycan komandasının 0:3 (17:25, 20:25, 11:25) hesablı məğlubiyyəti ilə bitib.
 
Bu gün qadın voleybolçularımız da yarımfinalda məhz İran yığmasına məğlub olmuşdu. Hər iki komandamızı üçüncü yer uğrunda oyunlar gözləyir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest