Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində təşkil olunan 5-ci İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb. Matc.az xəbər verir ki, Eldar Yusubovun rəhbərlik etdiyi millimiz B qrupundakı son matçında Kamerun yığmasına 3:1 hesabla qalib gələrək yarımfinala yüksəlib.
 
Azərbaycan millisi qrupda 8 xal toplayaraq lider olub. Millinin yarımfinaldakı rəqibi A qrupunun ikincisi (meydan sahibi Türkiyə və ya İran) olacaq. Yarımfinallar avqustun 14-də keçiriləcək.
 
Qeyd edək ki, Azərbaycanın qadın voleybol yığması daha əvvəl Seneqal və Əfqanıstana 3:0 hesabı ilə qalib gəlmişdi.
 
İslam Həmrəyliyi Oyunları
B qrupu
12 avqust
 
Kamerun - Azərbaycan 1:3 (31:29, 12:25, 8:25, 26:28)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest