Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan 5-ci İslam Həmrəyliyi Oyunlarında növbəti matçını keçirib. Matc.az xəbər verir ki, yığmamız A qrupundakı ikinci görüşündə Kamerun seçməsi ilə üz-üzə gəlib.
 
Qarşılaşma Azərbaycanın 0:3 (19:25, 23:25, 15:25) hesablı məğlubiyyəti ilə başa çatıb.
 
Xatırladaq ki, milli komanda qrupun ilk oyununda Sudana qalib gəlmişdi – 3:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest