Ukraynanın "Dinamo" (Kiyev) komandasının baş məşqçisi Mirça Luçesku Türkiyədə "Fənərbaxça"ya qarşı keçirdikləri UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransını boykot edib. Matc.az xəbər verir ki, buna İstanbul təmsilçisinin azarkeşlərinin səsləndirdiyi şüarlar səbəb olub. 
 
"Dinamo"nun ilk qolundan sonra fanatlar Rusiya Prezidenti Vladimir Putinin adını çəkməyə başlayıb. 77 yaşlı rumıniyalı mütəxəssis yerli mətbuata açıqlamasında tərəfdarlardan belə şüarlar gözləmədiyini bildirib. 
 
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə qolsuz bərabərlik qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda daha bir qol vuran Kiyev klubu növbəti mərhələyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest