18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, C divizionunda yer alan yığma B qrupundakı üçüncü matçında Ermənistanla üz-üzə gəlib.
 
"Domus Arena"kı qarşılaşma Azərbaycanın 76:65 hesalı qələbəsi ilə başa çatıb.
 
Yığma qrupdakı dördüncü oyununu iyulun 28-də Moldovaya qarşı keçirəcək.
 
Xatırladaq ki, yığmamız qrupdakı ilk oyununda "Lüksemburq"a 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest