18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, C divizionunda yer alan yığma B qrupundakı ikinci matçında Cəbəllütariqlə qarşılaşıb.
 
Görüş Azərbaycan millisinin 115:60 hesablı qələbəsi ilə başa çatıb.
 
Yığma qrupdakı ilk oyununda "Lüksemburq"a qalib gəlmişdi - 75:71.
 
Azərbaycan yığması növbəti matçını bu gün Ermənistana qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest