Azərbaycan çempionu "Qarabağ" bu gün UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununu keçirib. Matc.az xəbər verir ki, "köhlən atlar" İsveçrədə "Sürix"lə üz-üzə gəlib.

Bir həftə əvvəl Bakıda keçirilən oyunda Qurban Qurbanovun baş məşqçisi olduğu komanda rəqibini 3:2 hesabı ilə məğlub etmişdi. "Qarabağ" İsveçrəyə hesab üstünlüyü ilə getsə də, "Sürix"in mərhələ keçmək üçün əlindən gələni edəcəyinə şübhə yox idi.

Cavab oyununda hesabı meydan sahibləri açıblar. Amma erkən qola görə ruhdan düşməyən "Qarabağ" fasilədən sonra hesabı bərabərləşdirib. Matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə "Sürix" yenidən fərqlənib. Bu üzdən ümumi hesab bərabərləşdiyindən, əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtın ilk yarısında "Qarabağ" ikinci qolu vurmaqla ümumi nəticəni xeyrinə dəyişməyi bacarıb. Beləcə, komandamız növbəti mərhələyə yüksəlib.

UEFA çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
27 iyul

Sürix – Qarabağ 2:2
Qol: M.Medvedev, 4-öz qapısına. İ.Santini, 90+6 – K.Borges, 56. K.Ovusu, 98.
Hakimlər: Allard Lindhout, çarlz Sxap, Roy De Nas, Jerön Mansxot (hamısı Niderland).
İsveçrə. "Letsiqrund" stadionu.

Sürix: 25. Yanik Brexer (k), 2. Lindrit Kamberi, 3. Adrian Gerrero, 6. Fidan Aliti, 8. Ule Selnes, 10. Antonio Markesano, 17. Şeyk Konde, 19. Nikola Boraniyaşeviç, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu.
Ehtiyat oyunçular: 1. Jivko Kostadinoviç, 34. De Nitti, 4. Beçir Omeragiç, 7. Bledian Krasniqi, 9. İvan Santini, 11. Jonatan Okita, 15, Ayequn Tosin, 16. Mark Hornşu, 28. Karol Mets, 33. Ştefan Zayler, 39. Akakiy Qogia.
Baş məşqçi: Franko Foda.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 6. Julio Romao, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest