Basketbol üzrə Azərbaycanın U-18 milli komandası Avropa çempionatına qələbə ilə başlayıb. Matc.az xəbər verir ki, San Marinoda gənclər arasında təşkil olunmuş Avropa çempionatının "C" divizionunda B qrupunda U-18 komandası ilk görüşünə çıxıb.
 
Lüksemburq seçməsi ilə qarşılaşan Azərbaycan yığması gərgin mübarizə şəraitində keçən görüşdən 75:71 hesablı qələbə ilə ayrılıb.
 
Milli komandanın qrupdakı növbəti rəqibi Cəbəllüttariq komandası olacaq. Oyun sabah Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest