Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyada təlim-məşq toplanışını davam etdirir.
 
Matc.az xəbər verir ki, komandamız bu gün daha bir yoxlama oyunu keçirib.
 
Voleybolçularımız yenə meydan sahibi Sloveniya yığması ilə qarşılaşıblar və növbəti qələbəyə seviniblər.
 
Xatırladaq ki, komandamız ötən gün də bu rəqibinə 3:1 hesabıyla qalib gəlmişdi.
 
Yoxlama oyunu
22 iyul
 
Sloveniya - Azərbaycan 0:3 (23:25, 17:25, 22:25)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest