Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığını Bakıda davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün sonuncu yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Pərviz Səmədovun baş məşqçi olduğu komanda Mərakeş seçməsi ilə qarşılaşıb.
 
Görüş Azərbaycan yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
 
Milli komanda bu rəqibə qarşı keçirdiyi ilk oyunda oxşar hesabla məğlub olmuşdu. Komandamız Belarus yığması ilə oyunlardan da birində uduzub (1:3), digərində qalib gəlib – 3:2.
 
Yoxlama oyunu
22 iyul
 
Azərbaycan - Mərakeş 3:2 (23:25, 25:19, 25:21, 18:25, 15:13)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest