Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama matçına çıxıb. Matc.az xəbər verir ki, milli komanda Bakıda təlim-məşq toplanışında olan Mərakeş yığmasıyla qarşılaşıb.
 
Bakıdakı Voleybol Mərkəzində baş tutan qarşılaşma qonaq komandanın qələbəsiylə yekunlaşıb.
 
Xatırladaq ki, Azərbaycan yığması ötən gün Belarusa da 1:3 hesabıyla uduzmuşdu. Millimiz iyulun 21-də Belarus yığması ilə daha bir yoxlama oyununa çıxacaq. Voleybolçularımız 22 iyulda da Mərakeş yığması ilə növbəti dəfə qarşılaşacaq.
 
Yoxlama oyunu
19 iyul
 
Azərbaycan – Mərakeş 2:3 (25:19, 17:25, 25:22, 26:28, 13:15)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest