Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Belarus yığması ilə yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, sözügedən komandalar Bakıda üz-üzə gəliblər.
 
Voleybol Mərkəzində baş tutan qarşılaşma qonaq komandanın qələbəsiylə yekunlaşıb.
 
Millimiz iyulun 21-də Belarus yığması ilə daha bir yoxlama oyununa çıxacaq. Azərbaycan voleybolçuları 19 və 22 iyulda da Mərakeş yığması ilə qarşılaşacaq.
 
Yoxlama oyunu
18 iyul
 
Azərbaycan – Belarus 1:3 (21:25, 27:25, 20:25, 14:25)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest