Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına məşqləri Bakıda davam etdirir. Matc.az xəbər verir ki, hazırlıq planına uyğun olaraq yığmamız paytaxtda təlim-məşq toplanışı çərçivəsində bir neçə yoxlama görüşü də keçirəcək.
 
Millimiz İslamiadada rəqibimiz olacaq Mərakeş komandası, həmçinin Belarus yığmaları ilə üz-üzə gələcək.
 
Hər iki komanda artıq Bakıdadır və bu gün Voleybol Mərkəzində ilk məşqlərinə çıxıblar. Komandalar bir-birini də məhz bu arenada sınağa çəkəcəklər. Pərviz Səmədovun rəhbərlik etdiyi milli sınaq qarşılaşmalarını saat 17:00-da keçirəcək. 
 
Azərbaycan millisinin yoxlama görüşləri:
 
18 iyul
Azərbaycan - Belarus
 
19 iyul 
Azərbaycan - Mərakeş 
 
21 iyul
Azərbaycan - Belarus
 
22 iyul 
Azərbaycan - Mərakeş 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest