Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Sloveniyaya yollanıb. Matc.az xəbər verir ki, Eldar Yusubovun çalışdırdığı yığma mayın 30-dan başladığı məşqləri Mariborda davam etdirəcək.
 
Voleybolçularımız burada İslam Həmrəyliyi Oyunlarına və Aç-2023-ün təsnifat mərhələsinə hazırlığın növbəti mərhələsini keçəcəklər. Mariborda toplanış iyulun 31-də yekunlaşacaq. Hazırlıq çərçivəsində millinin Sloveniya yığması ilə bir neçə yoxlama matçı da planlaşdırılır.
 
Voleybolçularımız Aç-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya, İslam Həmrəyliyi Oyunlarında isə B qrupunda Əfqanıstan, Seneqal və Kamerun yığmaları ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest