Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında bürünc medal qazanıb. Matc.az xəbər verir ki, 18 yaşlı idmançı finalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə üçüncü yeri tutub.
 
Azərbaycan yarışda 3 üzgüçü ilə təmsil olunur. Yarışda Vəlizadə ilə yanaşı, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov da mübarizə aparır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest